“Bank VTB (Azərbaycan)”dən yeniliklər | Banco.az

“Bank VTB (Azərbaycan)”dən yeniliklər

“Bank VTB (Azərbaycan)” ASC 2015-ci ildə kredit portfelini ikiqat artırmaq niyyətindədir. Bu barədə bankın İdarə Heyətinin sədri Yuri Yakovlev cümə axşamı mətbuat konfransında çıxışı zamanı məlumat verib.

“Hazırda bankın kredit portfeli 300 mln. manata yaxındır. 2015-ci ildə biz filial şəbəkəsini 20 satış nöqtəsinə qədər genişləndirmək niyyətindəyik (hazırda 13 satış nöqtəsi var -İF-Az) ki, bu da bizə kredit portfelinin həcmini artırmağa kömək edəcək”, - deyə Y.Yakovlev bildirib.

Kredit portfelinin ikiqat artırılması “Bank VTB (Azərbaycan)” ASC-yə kreditləşmənin həcminə görə Azərbaycanın ən böyük banklarının onluğuna daxil olmağa imkan verəcək.

Hazırda bankın müştərilərinin ümumi sayı 24,265 min təşkil edir ki, onlardan 479-u hüquqi şəxs, 23,785 mini fiziki şəxsdir.

Bankın pərakəndə kredit üzrə orta illik faiz dərəcələri 20-22%, kiçik və orta müəssisələr üzrə 12-14%, ipoteka kreditlər üzrə 12% təşkil edir.

Problemli kreditlərin payı 3%-dən aşağı sviyyədədir.

Ən sərfəli kredit üçün müraciət et

“İpoteka bizim üçün yeni məhsuldur. 2014-cü ilin I yarısında biz bu bazarı öyrənmişik, iyul ayından etibarən sınaq rejimində işləməyə başlamışıq. İlkin nəticələr göstərir ki, Azərbaycanda ipotekanın çox yaxşı perspektivləri var. Birinci mərhələdə biz təcrübə toplayacaq və biznesimizin həcmini genişləndirəcəyik. Bu mərhələdə biz ilk növbədə layihələrini maliyyələşdirdiyimiz tikinti şirkətləri və developerlərlə əməkdaşlıq edəcəyik. Hazırda ipoteka krediti üzrə portfel 10 mln. manat təşkil edir. Hesab edirəm ki, gələn il bu həcmi iki və ya üçqat artıracağıq”,- deyə Y.Yakovlev bildirib.

Onun sözlərinə görə, bank gələn ilin sonuna qədər kredit portfelini 2-3 dəfə artırmağı planlaşdırır. 2014-cü il dekabrın 1-nə bankın depozit portfeli 20 mln. manat təşkil edir.

Azərbaycan Mərkəzi Bankı 2009-cu ilin mart ayında “Bank VTB (Azerbaijan)" ASC -yə bank fəaliyyəti üçün lisenziya verib. Bankın səhmdarları strukturunda səhmlərin 51%-i “Bank VTB” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.

interfax.az

Ən sərfəli krediti almaq üçün müraciət et