“Bank VTB (Azərbaycan)”ın cəmi aktivləri ilin sonu ilə müqayisədə 14 milyon 647 min manat artaraq 54 milyon 764 min manat olub. Bankın ümumi ehtiyyatlar cəmi ilin sonu ilə müqayisədə 463 min manat artaraq 884 min manat olub.
BANKIN MƏCMU KAPİTALI ARTIB
Bankın məcmmu kapitalı ilin sonu ilə müqayisədə 3 milyon 44 min manat artaraq 53 milyon 141 min manat olub. Bankda birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 29,72%, məcmu kapitalın adekvatlıq əmsalı isə 30,22% təşkil edib. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən təyin olunmuş birinci dərəcəli kapitalın adekvatlıq əmsalı normadan 24,72%, məcmu kapitalın adekvatlıq əmsalı normadan 20,22% çoxdur.
kommersant.az