Bank VTB (Azərbaycan) kreditlərin yenidən maliyyələşdirilməsini təklif edir | Banco.az

Bank VTB (Azərbaycan) kreditlərin yenidən maliyyələşdirilməsini təklif edir

Bank VTB (Azərbaycan) sərfəli faiz dərəcəsilə kreditlərin yenidənmaliyyələşdirilməsi proqramına start verir. “Refinans” kreditin faiz dərəcəsi 18%-dən başlayır. Proqram müştərilərə müxtəlif banklardakı kreditlərini bir kreditdə birləşdirməyə və faiz dərəcəsini azaltmağa imkan verir.

Proqramın əsas üstünlüyü mövcud olan borcun yenidən maliyyələşməsi ilə yanaşı, əlavə nağd vəsaitin əldə edilməsidir. Kreditin həcmi borcalanın gəlir səviyyəsindən asılıdır. Kredit manatla və 12 aydan 48 ayadək verilir. Kreditin məbləği 1 000 – 15 000 manat təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

“Yenidən maliyyələşdirmə proqramı müştərilərə aylıq ödənişlərini optimallaşdırmağa və öz ehtiyacları üçün əlavə olaraq nağd vəsait əldə etməyə imkan  verir” –deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü Dmitriy Qalaşev qeyd edib.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç