Bank VTB Azərbaycan-ın sahiblərindən biri payını satıb | Banco.az

Bank VTB Azərbaycan-ın sahiblərindən biri payını satıb

"Bank VTB (Azerbaijan)" ASC-nin səhmlərinin 0,01%-nə nəzarət edən Əşrəf Kamilov payını satıb.

Bankın audit hesabatına istinadən xəbər verilir ki, onun payını Adıgözəl Ağayev ("AtaHolding" MMC-nin İdarə Heyətinin sədri) alıb. 

"Bank VTB (Azerbaijan)"ın digər səhmdarları yenə də 51%-lə "Bank VTB" ASC (Rusiya) və 48,99%-i "AtaHolding"dir.  

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. 

Mənbə: Report.az