Bank VTB (Azərbaycan) Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında iştirak edib | Banco.az

Bank VTB (Azərbaycan) Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında iştirak edib

9 dekabr 2019-cu ildə bank VTB (Azərbaycan) Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın 18-ci iclasında iştirak edib.

İclas Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkininiştirakı ilə həyata keçirilib. Tərəflər energetika, logistika, informasiya texnologiyaları, kiçik və orta sahibkarlıq sahəsində iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərini müzakirə edib.

Ən sərfəli kredit üçün müraciət et

İclas çərçivəsində bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bir sıra görüşlər keçirib. Nəticədə Azərbaycan ipoteka və kredit zəmanəti fonduilə əməkdaşlığın genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı fondu ilə əməkdaşlığın başlanmasına dair razılıq əldə olunub.

Ən sərfəli krediti almaq üçün müraciət et