Bank və onun xidmətləri | Banco.az

Bank və onun xidmətləri

Bank deyiləndə ağla "bank necə pul qazanır?" sualı gəlir. Bankların bunun üçün bir çox xidmətləri vardır.

Bunların birincisi bir bank hesabında pul saxlamaqdır. Yəni bir hesabda pul saxlayaraq belə, pul qazanmaq mümkündür. Məsələn bank hesabınıza 1000 AZN qoydunuz. Bank sizinlə müqavilə bağlayar və bu pulu məsələn 1 ildən əvvəl istifadə etməməyinizi istəyər; bu formada bank bir çox adamdan pulu alır və daha çox pul ilə yerli və ya xarici investisiyalar edə bilir. Yəni sizin pulunuzu istifadə edir və qazancından bir miqdar sizə ödəyir.

Məsələn 1000 AZN-niz 1 il sonra 250 manat qazanır, amma bank sizə 100 manat verir. Geri qalan 150 manat banka qalar. Siz 1000 AZN-ni müddətin sonunda götürə bilər və ya yenidən bankda saxlaya bilərsiniz. Keçmişdən bu günə müasir bankçılığın bu xidməti sayəsində həm müştəri, həm də bank gəlir əldə edir.

Bankların digər bir xidməti isə kreditlərdir. Yəni sizə təcili pul lazımdırsa, lakin pulunuz yoxdursa, bank sizə faiz qarşılığı ilə borc pul verir. Bir müddət təyin olunur və bu müddətdə verilmiş pulun hissə-hissə geri qaytarılması gözlənilir. Bu xidmət ilə insanlar anlıq ehtiyaclarını qarşılaya bilər. Məsələn, 10000 manat ehtiyacınız var və bank sizə faizlə bu pulu nağd olaraq verir. 36 ay müddətinə, aylıq 350 manat kreditlə müddət sonunda 12.600 manat olaraq geri ödənmiş olur. Bu gözəl bir xidmətdir, amma indiki vaxtda bu xidməti idrak edə bilməyən insanlar səhv bir qiymətləndirmə ilə hərəkət edərək borc bataqlığına girə bilirlər. Kredit xidməti ilk dəfə daha çox ticarət sahiblərinə verilmiş və zamanla yayılmışdır. Artıq indiki vaxtda bankların təməl qaynaqları arasında kredit xidməti var.

Kredit kartı istifadəsi

Ən sərfəli kredit üçün müraciət et

İndiki vaxtda məşhur olan bir xidmət isə kredit kartlarıdır. Kredit kartı əvvəlcə pulu olana verilərək özünə diqqəti cəlb etmiş və insanların gözündə dəyər qazanmışdır. Gün keçdikcə ehtiyac halına çevrilmişdir. Kredit kartı ilə alış veriş imkanı təqdim edən mağazalar banklar ilə müqavilə bağlayar və kredit kartından istifadə edilən məbləğlər bank hesabına köçürülür. Dükan sahibinə bu məbləğlər istəsələr müəyyən bir kəsinti ilə həmin an ödənilir. Bu kəsintidən bank pul qazanar.

Amma dükan sahibi pulunu daha əvvəl təyin olunan şərtlərlə, bir müddət gözləyib alsa bir kəsinti olmaz. Amma bank bu zaman pulu öz adına investisiya edərək artırar. Bu formada bank yenə pul qazanar. Kredit kartı xidməti dükan sahibi üçün yaralıdır, çünki bu formada pul daha etibarlı olan yerdə, yəni bankda qalır. Kredit kartı xidməti nizamlı bir gəliri olan insanlar üçün də son dərəcə fayda təmin edir. Ancaq nizamlı bir gəliri olmayan və ya gəlirindən çox xərcləmə edən insanlar kredit kartı borcunu ödəyə bilmədikcə daha çox borclanmış olur, banklar bu formada daha çox pul qazanır.

Bank və Sığorta

Bank xidmətləri bunlarla məhdud deyil, amma ən çox istifadə edilən xidmətlər bunlardır. Bunlardan əlavə investisiya əməliyyatları, sığortaçılıq əməliyyatları, fərdi təqaüd sistemi əməliyyatları, valyuta əməliyyatları, köçürmə əməliyyatları kimi bir çox fərqli bank xidmətləri mövcuddur. Təbii ki, banklar bu xidmətlərin qarşılığını hər zaman alırlar. Yəni bank hər xidmətindən pul qazanar.

Bank sektoru gün keçdikcə böyüməyə və inkişafa açıq bir sektordur. Xüsusilə telefon bankçılığı, internet bankçılığı xidmətləri son dərəcə insanların xeyrinə olmuşdur. 

Ən sərfəli krediti almaq üçün müraciət et