Bank və iqtisadiyyat haqqında təəccübləndirəcək faktlar | Banco.az

Bank və iqtisadiyyat haqqında təəccübləndirəcək faktlar

PUL

Valyuta mübadiləsi ilk dəfə 4500 il əvvəl Misirdə sınaqdan keçirilib.

Qədim dövrlərdə insanlar valyuta kimi, pul əvəzinə- kakao dənələri, duz, taxıl, iri buynuzlu heyvanlar, balina dişi və qiymətli daşlardan istifadə edirdilər.

Indiyə kimi yer üzərində təhsil, səhiyyə və digər inkşafa kömək edən sahələrlə müqayisədə ən çox pul müharibələrə xərcənib.

Dünyanın ən kiçik ölçülü əskinası Morokkoda dövriyyəyə buraxılıb və təxminən poçt markası ölçüsündə olub.

1 il ərzində bütün dünya əhalisinin ərzaq, su, geyim, məişət ehtiyacları, təhsil və səhiyyəsi üçün xərclənən pul, hər iki həftədən bir ordu və döyüş xərclərinə sərf olunur.

Sikkələr

Ilk dəmir pullar indi Türkiyə ərazisində yerləşən Lidiya kralının adına zərb olunub.

Dünyanın ən az çəkili sikkəsi, Nepalda kəsilib ki, çəkisi təxminən 0.002 qr-a bərabərdir.

Dünyanın ən ağır sikkəsinin çəkisi isə təxminən 43 punda bərabər olub və İsveçdə kəsilib.

Bank

Dünyada ən böyük məbləğli bank qəbzi Amerikanın səfiri tərəfindən Hindistan hökumətinə yazılıb. Qəbz  1,279,187,490 $ dəyərində olub.

Dünyada 138 fond birjası var.

Ilk fond birjasının əsası 1531-ci ildə Belçikada qoyulub.

Ən sərfəli kredit üçün müraciət et

Keçmişdə qəbzlər- daş lövhələr, banan və inəklərin üzərində yazılırdı.

Dünyanın ilk bankları zərgər seyfləri hesab olunur. Belə ki, lap qədim dövrlərdə zərgərlər öz qiymətli daş-qaş və ya pullarını seyflərdə saxlayırdılar. Sonralar adi insanlar da öz pullarını onlara saxlamağa verdilər. Beləcə bankların əsası qoyuldu.

1995-ci ildə bir nəfər Pitsburqda limon şirəsinin yardımı ilə 2 bank qarət edib. Belə ki o fikirləşib ki, əgər limon şirəsindən rəngsiz mürəkkəb almaq mümkündürə, deməli bu onun sifətini təhlükəsizlik kameralarının önündə də gözəgörünməz edə bilər.

1981- ci ildə 9 yaşlı oğlan Nyu-York banklarının birində maraqlı bir oğurluq hadisəsi reallaşdırıb. Belə ki, o öz oyuncaq silahını xəzinədara tuşlayaraq 118 $ pulu götürərək, hadisə yerindən uzaqlaşıb.

Ən böyük nağd pul oğurluğu 1997-ci ildə ABŞ-da baş verib. Bankdan 17.3 mln dəyərində əskinas oğurlanıb.

Ilk kredit kartı 1951-ci ildə ABŞ-da yaradılıb.

Vergi

Norveçdə heç də hamı vergi ödəyicisi deyil, amma buna baxmayaraq bəzi vətəndaşlar, onlara düşən məbləğdən daha artıq vergi ödəyirlər.

Ən böyük məbləğdə vergi Howard Hughes ştatında qeydə alınıb.  (336 million  $ həcmində)

Dünyanın ən varlı ölkələrindən olan Bəhreyn, Bruney, Küveyt və Qətərda vergi sistemi tətbiq edilmir.

Bankomatlar

Braziliyanın bəzi bankomatlarında kart sahibinin şəxsiyyətini müəyyən etmək üçün onun bilək və ovuc içinin biometrik göstəriciləri yoxlanılır.