Bank valyuta əməliyyatlarında 3 mln itirdi | Banco.az

Bank valyuta əməliyyatlarında 3 mln itirdi

DəmirBankın maliyyə nəticələri ürək açan deyil

Bank 2017-ci ilin ilk rübünü 7, 258 mln manat zərərlə başa vurub, bu haqda bankın maliyyə göstəriclərinə istinad edən Banco.az portalı məlumat verir.

Cari ili ilk rübünə olan məlumata əsasən, bankın faiz gəlirləri 260mln 67min manat, qeyri faiz zərəri isə 2 mln 504 min təşkil etmişdir. Bank ilk rübdə məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarında 3 mln 419 min manat itirib.  

Buna rəğmən bankın xalis əməliiyat mənfəəti 9,8 mln manat ətrafında foralaşıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 18% artım deməkdir.  Lakin daha böyük məbləğdə vəsait 16,8 mln manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədi ilə xüsusi ehtiyatlar şəklində ayrılmışdır. Beləliklə bankın ilin ilk rübünü 7, 258 mln manat manat zərərlər başa vurub.

Ən sərfəli kredit üçün müraciət et

Cədvəldə ötən ilin müvafiq dövrü ilə müqayisəni görə bilərsiniz.

Bankın balans göstəricilərinə əsasən, cəmi aktivlərin həcmi 519 mln 977 min manat təşkil edir. Ötən illə müqayisədə kredit portfelində 12,3% qeydə alınıb.  Beləliklə müştərilərə verilən kreditlərin cəmi 351 mln 309 min manat civarındadır ki, onlardan 11 mln 256 min manat vəsait kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatların payına düşür.

Ətraflı diaqramda izləyə bilərsiniz. 

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et