"Bank Technique"nin keçmiş baş direktoru "Azər-Türk Bank"a gətirilib | Banco.az

"Bank Technique"nin keçmiş baş direktoru "Azər-Türk Bank"a gətirilib

Kamran Axundov “Azər-Türk Bank"ın plastik kartlarla iş departamentinin rəhbəri təyin olunub

"Azər-Türk Bank" ASC-də daha bir kadr dəyişikliyi baş verib.

Banco.az "APA"ya istinadən xəbər verir ki, Axundov Kamran Alik oğlu bankın plastik kartlarla iş departamentinin rəhbəri təyin olunub.

Qeyd edək ki, K. Axundov bundan öncə "Bank Technique" ASC-də baş direktor, biznesin inkişafı departamentinin direktoru vəzifəsində çalışıb.

K. Axundovadək bu vəzifəni Ceyhun Rəhimov tutub. Hazırda C. Rəhimov "Azericard" MMC-nin baş direktorudur.

Ən sərfəli kredit üçün müraciət et

K. Axundov 1981-ci ildə iyunun 17-də Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi  tənzimlənməsi fakültəsini bakalavr, 2004-cü ildə isə magistr dərəcəsi üzrə bitirib. 2004-2005-ci illərdə “Avropa LTD” şirkətində mühasib vəzifəsində çalışdıqdan sonra, 2005-2012-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankında xidmət bölməsinin mütəxəssisi vəzifəsindən Pərakəndə biznes departamenti, “ABB-Premyer” Müştəri xidmətlərində rəhbər müavini vəzifəsinədək yüksəlib. 2012-ci ilin iyun ayından “Bank Technique” ASC-də çalışıb.

Ailəlidir, 2 övladı var.

Ən sərfəli krediti almaq üçün müraciət et