"Bank Technique"in rəhbərliyinə daha bir təyinat baş tutub | Banco.az

"Bank Technique"in rəhbərliyinə daha bir təyinat baş tutub

"Bank Technique" ASC-nin İdarə Heyətinə daha bir təyinat baş tutub.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, İlham Bahadurov bankın İdarə Heyətinin sədrinin müavini təyin olunub.

Bundan öncə İ. Bahadurov uzun müddət ərzində adıçəkilən bankda müxtəlif vəzifələrdə çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

"Müşahidə Şurasının və İdarə Heyətinin tərkibi formalaşmaqdadır. Hələlik, başqa təyinat yoxdur", - deyə mənbə bildirib.

Qeyd edək ki, bundan öncə Eldar Cəfərov "Bank Technique" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətirilib. Onun birinci müavini Samir Baxşəliyev təyin olunub.

Ən sərfəli krediti almaq üçün müraciət et