“Bank Technique”də ipoteka ödənişləri daha bir banka yönəldilib.
Söhbət bu günlərdə yenidən qurma prosessləri yaşayan, “Caspian Development Bank”-dan gedir. Sözügedən qərar İpoteka Fondu tərəfindən verilib.
Nəzərinizə çatdıraq ki, daha öncə “Bank Technique”ni əvəz edəcək müvəkkil banklar kimi “Dəmirbank” və “Nikoilbank” seçilmişdi. Fonddan bildirilir ki, Azərbaycanda əksər banklar ipoteka ödənişləri ilə bağlı elektron hökumət portalına (APUS sistemi) qoşulub. Amma “Bank Technique” indiyə qədər bu addımı atmayıb.