Bank Technique rüblük hesabatı açıqladı | Banco.az

Bank Technique rüblük hesabatı açıqladı

Nizamnamə kapitalı 75.1 mln manat olan Bank Technique-in 2014-cü ilin II rübündə aktivləri 580.8 mln manat təşkil etmişdir ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 30% çox olmuşdur. Son rüb üzrə aktivlərin 67.4%-ni (391.5 mln manat) müştərilərə verilmiş xalis kreditlər təşkil etmişdir. Aktivlər əsas etibərilə müştərilərə verilmiş kreditlər hesabına artmışdır. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə müştərilərə verilmiş kreditlərin həcmi də 60.7% artmışdır.  

Bankın 2013-cü ilin II rübü üzrə depozitlərinin həcmi 230.8 mln manat olmuşdursa, 2014-cü ilin II rübündə təxminən 30.6% artaraq, 301.6 mln manata bərabər olmuşdur. Depozitlərin 34%-i (104.1 mln manat) hüquqi şəxslərə, 197.5 mln manatı isə fiziki şəxslərə aiddir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın 2014-cü ilin II rübü ərzində faiz gəlirləri 18 mln, faiz xərcləri isə 12,2 mln, uyğun olaraq xalis faiz gəlirlər 5.8 mln manat olmuşdur.  Bank tərəfindən zərərlərin ödənilməsi üçünehtiyat kimi 726 min manat vəsait ayrılmışdır. Bankın cari ilin son rübü üzrə vergilərdən əvvəlki xalis mənfəəti 289.6 min manat olmuşdur. xatırladaq ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7 dəfə az olmuşdur. 

Ən sərfəli krediti almaq üçün müraciət et