“Bank Technique” kredit verilməsinə başlayıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Bank Technique” kredit verilməsinə başlayıb

Etibar Əliyevin qayıdışından sonra aktiv start götürən “Bank Technique” daha bir dəyişikliyə imza atıb. 

Banco.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, “Bank Technique” müştərilər üçün kreditlərin verilməsinə başlayıb. Bank artıq müştərilərin biznes layihələrini qəbul etdiyini və kreditləşmənin asan şəkildə həyata keçiriləcəyini elan edib. 

Bundan başqa, bank bir neçə gündür ki, ipoteka kreditlərinin verilməsini həyata keçirir. Bunun üçün bankda lazımı qədər vəsaitin olduğu bildirilir. 

Eyni zamanda,  “Bank Technique” öz əvvəlki adını geri qaytarıb. Bundan sonra bank "Texnika Bank" adı ilə fəaliyyət göstərəcək.