Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin ipoteka portfeli "Muğanbank" ASC-yə ötürülüb.
Bu xəbəri "Muğanbank"dan bildiriblər.
Məlumata görə, bunun üçün oktyabrın 3-də “Azərbaycan İpoteka Fondu” ASC (AİF) ilə “Muğanbank” arasında imzalanmış 20 dekabr 2006-cı il tarixli xidmət müqaviləsinə əlavələr edilib.
Son nəticədə "Muğanbank"ın ipoteka portfeli 2 dəfə böyüyüb. Hazırda Bank 2 minə yaxın ipoteka krediti götürmüş müştəriyə xidmət göstərir və AİF-in müvəkkil kredit təşkilatları arasında ipoteka portfelinin həcminə görə liderdir.
Mənbə : report.az