"Bank Standard"ın 2 filialı bankın baş ofisinə köçürülüb | Banco.az

"Bank Standard"ın 2 filialı bankın baş ofisinə köçürülüb

Lisenziyası ləğv olunmuş "Bank Standard" QSC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Bankın "8-ci" və "Mərdəkan" filiallarının əmanətçilərinə, eləcə də borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə müraciət edib. 

Məlumata görə, müraciətdə deyilir ki, bu gündən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti,54 ünvanında yerləşən “8-ci” filial, eləcə də Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Xəzər rayonu, Sergey Yesenin küçəsi,10A ünvanında yerləşən “Mərdəkan” filialı "Bank Standard"ın Bakı şəhəri, Azərbaycan prospekti,4 ünvanında yerləşən baş ofisinə köçürülüb.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az