"Bank Standard"da struktur dəyişikliyi | Banco.az

"Bank Standard"da struktur dəyişikliyi

Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının Müşahidə Şurasının 22 sentyabr 2014-cü il tarixli qərarı ilə İdarə Heyətinin sədri Səlim Krimanın tutduğu vəzifədən azad edilməsi barədə müraciəti təmin edilib və o, tutduğu vəzifədən azad edilib.

Bu barədə Trend-ə bankın məlumat xidmətindən məlumat verilib.

Ən sərfəli kredit üçün müraciət et

Həmin qərarla bankın İdarə Heyəti sədrinin səlahiyyətlərinin müvəqqəti icrası İdarə Heyəti sədrinin müavini Samir Tofiq oğlu Rzayevə həvalə olunub.

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et