"Bank Standard" əmanətçilərinin kompensasiya limiti artırılıb | Banco.az

"Bank Standard" əmanətçilərinin kompensasiya limiti artırılıb

 Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin əmanətçilərinə ödənilən kompensasiyanın limitini artırıb. Fonddanverilən məlumata görə, Bankın əmanətçilərinin sayının çox olması və əmanətçilər arasında sosial həssas təbəqələrin olması nəzərə alınaraq bu gündən 50 000 ABŞ dollar və 80 000 manata qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçirilir. 

Xatırladaq ki, indiyə qədər bu məbləğ 20 min dollar idi.

Ən sərfəli kredit üçün müraciət et

Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bu barədə ictimaiyyət əlavə məlumatlandırılacaq. Kompensasiyalar “Bank Standard”ın baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında ödənilir. 

Mənbə : report.az