Bu gündən etibarən "Bank Standard" QSC-də istənilən məbləğdə əmanəti olanların pullarının verilməsinə başlanacaq.
Bu barədə ANS TV-yə müsahibəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.
O bildirib ki, "Həftənin 1-ci günündən "Bank Standard"ın daha fundamental sağlamlaşdırılması prosesinə start veriləcək.
Bankın öhdəliklərinin icrası istiqamətində məhkəmə tərəfindən təyin olunmuş məhdudiyyətlər tam aradan qalxır və "Bank Standard" normal rejimdə fəaliyyətə başlayacaq." - deyə R.Aslanlı bildirib.