Bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına dair təkliflər müzakirə edilib | Banco.az

Bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına dair təkliflər müzakirə edilib

11 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilib.

İclasın əsas məqsədi bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına dair  verilmiş təkliflərin müzakirəsi və qiymətləndirilməsi olub. 

ABA-ya üzv olan banklar tərəfindən hazırlanan təkliflər əsasən bank sisteminin sağlamlaşdırılmasına dövlət dəstəyi, eləcə də maliyyə bazarlarının fəaliyyətinin, hesablaşmaların və infrastrukturun təkmilləşdirilməsi ilə əlaqədar olub.Real sektorun kreditləşdirilməsinin bərpası və makroiqtisadi vəziyyətin sağlamlaşması trendinin gücləndirilməsi yönündə olan həll yolları isə əsas diqqət mərkəzində olan məsələlərdən olub. Həmçinin iclasda hüquqi bazanın və tənzimləyici-normativ aktların təkmilləşdirilməsi istiqamətində təkliflər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

Ən sərfəli krediti almaq üçün müraciət et