“Bank Silk Way”in aktivləri azalıb | Banco.az

“Bank Silk Way”in aktivləri azalıb

Cari ilin ikinci rüb göstəricilərini açıqlayan “Bank Silk Way”in aktivləri birinci rüb ilə müqayisədə 10 milyon 562 min man. azalaraq 364 milyon 400 min man. olub.

Onu da qeyd edək ki, bankın aktivləri 2015-ci ilin yekunu ilə müqayisədə təqribən 0,67%, 2014-cü ilin yekunu ilə müqayisədə isə 60,6% artıb.

Kapital göstəriciləri isə keçən ilin son rübünə nisbətən 3,1% artaraq 106 milyon 652 min man. qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bankın kredit portfeli 346 milyon 257 min man. olub, bu isə keçən il ilə müqayisədə 2 dəfə artım, birinci rüb ilə müqayisədə isə 6 milyon 308 min azalma deməkdir.

Depozit portfeli isə ilin əvvəlinə nisbətən 1,8% artaraq 148 milyon 207 min man. olub.

“Bank Silk Way” ASC davamlı olaraq milli miqyaslı universal maliyyə institutunun yaradılma strategiyasını həyata keçirir və hər növ müştəri kateqoriyalarına xidmət göstərir.

Ən sərfəli krediti almaq üçün müraciət et