Avqustun 7-si, 2017-ci il tarixində “Bank Silk Vey” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağında Bankın idarə heyətin sədri Elçin Əhmədov müşahidə şurasına sədr təyin olunub.
Elçin Əhmədov Eldar oğlu 08 fevral 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Təhsil
- 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" fakultəsini bitirmişdir.
- 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" ixtisası üzrə magistr dərəcəsi almışdır.
Karyera
- 2007 2008-ci ildlərdə "Bank Silk Vey" ASC-də iqtisadçı olub.
- 2009-cu ildə "Bank Silk Vey" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
- 2012-ci ildə "Bank Silk Vey" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Həmçinin digər bir qərar ilə Mahir Əvəz oğlu Əhmədov - İdarə Heyətinin sədri təyin olunub.
Mahir Əhmədov 17 iyun 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Təhsil:
- 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə" fakultəsini bitirib.
- 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" ixtisası üzrə magistr dərəcəsi alıb.
Karyera
- 1993-1996-cı illərədək "Diyarbank" SB-də çalışmışdır.
- 1996-1999-cu illərədək "Azşərqbank" KB-da aparıcı iqtisadçı, 1999-cu ildən isə baş mühasib vəzifələrində çalışmışdır.
- 2000-ci ildən "Azalbank" SKB-də, sonradan isə "Bank Silk Vey" ASC-də baş mühasib vəzifəsində çalışmışdır.
- 2009- 2017-ci illərdə "Bank Silk Vey" ASC-nin İdarə Heyətinin üzvü və sədrinin müavini təyin edilib.
Gəlirlər və xərclər
Bank 2016 və 2015-ci illəri müvafiq olaraq, 1,546 mln və 1,530 mln manat mənfəətlə (vergilər ödəndikdən sonra) başa vurub.
Bank Silk Way 2017-ci ilin birinci yarısını 2 mln 959 min manat mənfəətlə başa vurub.
Bankın cəmi faiz gəlirləri 13 mln 581 manat, faiz xərcləri isə 5 mln 617 min manat təşkil edib. Qeyri faiz gəlirlərinin miqdarı 8 mln 51 min manat civarında formalaşıb. Bank 3 mln 95 min manat mənfəət qazanıb ki, onun da 136 min manatını vergi qismində ödəyib. Bankın xalis mənfəəti 2 mln 959 min manat təşkil edib.
Daha ətraflı diaqramdan tanış ola bilərsiniz.