“Bank Silk Way” maliyyə göstəricilərini açıqladı | Banco.az

“Bank Silk Way” maliyyə göstəricilərini açıqladı

“Bank Silk Way” ASC 2016-cı il 3-cü rüb maliyyə göstəricilərini açıqlayıb.

Banco.az banka istinadən xəbər verir ki, sözügedən dövrdə bankın aktivlərinin həcmi 393,5 mln manat olub. Bu da, cari ilin ikinci rübü ilə müqayisədə 29 mln manat artım deməkdir.  

3-cü rüb ərzində bankın kredit portfelində artım müşahidə olunub. Müştərilərə verilən kreditlərin həcmi birinci rüb ilə müqayisədə 1,7%, ikinci rüb ilə müqayisədə isə 3,6% artaraq 358,9 mln manat olub.

“Bank Silk Way”in depozit portfeli 170,1 mln manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Danışılan dövrdə bankın cəmi kapitalı 113 mln manat olub. 2015-ci ilin yekununda isə bankın kapitalı 103,4 mln manat təşkil edirdi.

“Bank Silk Way” sözügedən dövrdə 5,669 mln manat mənfəət əldə edib. Qeyd edək ki, bank cari ilin ilk yarımilliyini 429 min manat zərərlə başa vurmuşdu.

“Bank Silk Way” ASC hər növ müştəri kateqoriyalarına xidmət göstərir və korporativ xidmətləri bankın fəaliyyətinin əsas istiqamətlərindəndir.

Ən sərfəli krediti almaq üçün müraciət et