“Bank Silk Vey”in idarəetmə orqanında dəyişiklik olub | Banco.az

“Bank Silk Vey”in idarəetmə orqanında dəyişiklik olub

Səhmdarların Ümumi Yığıncağının 07 avqust 2017 il tarixli qərarına əsasən “Bank Silk Vey” ASC-nin idarəetmə orqanlarında dəyişiklik olmuşdur.

Bu haqda Banco.az portalına Bankın özündən məlumat veriblər. İdarə Heyətinin sədri Elçin Eldar oğlu Əhmədov –Müşahidə Şurasının sədri, İdarə Heyətinin üzvü- sədrin müavini Mahir Əvəz oğlu Əhmədov isə  -İdarə Heyətinin sədri  vəzifəsinə təyin edilmişdir.

Xatırladaq ki, Elçin Eldar oğlu  Əhmədov 08 fevral 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" fakultəsini bakalavr, 2005-ci ildə isə magistr dərəcəsi ilə bitirmişdir. Bir çox tanınmış şirkətlərdə məsul və  rəhbər vəzifələrdə işləyən cənab Əhmədov, 2009-cu ildə "Bank Silk Vey" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş,  2012-ci ildən "Bank Silk Vey" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alaraqbu günədək icra etmişdir.

Yeni təyinat münasibətilə hər iki rəhbəri təbrik edir, gələcək işlərində müvəffəqiyyət  və bol şanslar arzulayırıq.