Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin mayın 1-i tarixinə 2 milyard 417 milyon manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bankların xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 180.6 milyon manat, illik müqayisədə isə 5% azalıb.
Qeyd edilib ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.
Bizi sosial şəbəkələrdən izləyin!!