Bank sektorunun xalis mənfəəti azalıb | Banco.az

Bank sektorunun xalis mənfəəti azalıb

2018-ci ilin 11 ayı üzrə bank sektorunun xalis mənfəəti 306.3 milyon manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, bank sektoru 2017-ci ilin 11 ayını 592.7 milyon manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, sektorun xalis mənfəəti 48,3% azalıb.

Bankların cəmi faiz gəlirləri 1 milyard 731.8 milyon manatdan 1 milyard 596.6 milyon manata, qeyri-faiz gəlirləri isə 872.7  milyon manatdan 500.1 milyon manata geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

2017-ci ilin 11 ayında 934.5 milyon manat əməliyyat mənfəəti əldə etmiş banklar, cari ilin eyni dövrünbdə 500.1 milyon manat əməliyyat mənfəəti təmin edə biliblər.

Marja