Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2023-cü ilin yanvar-sentyabr aylarında 832.9 mln. manat xalis mənfəət, 1,227.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 22% və 26% artıb.
2022-ci ilin 9 ayında banklar 683.2 mln. manat xalis mənfəət, 976.9 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Məlumata görə, 2023-cü ilin 9 ayında banklar tərəfindən 214.7 mln. manat məbləğində mənfəət vergisi ödənilib. Bu da illik müqayisədə 37% və ya 57.8 mln. manat çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!