Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2024-cü ilin yanvar-iyul aylarında 682.8 mln. manat xalis mənfəət, 1,016 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 4.2% və 9.1% artıb.
Məlumata görə, cari ilin 7 ayında banklar tərəfindən 153.4 mln. manat (6.1% az) məbləğində mənfəət vergisi ödənilib.
Bizi sosial şəbəkələrdən izləyin!!