Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2024-cü ilin birinci yarısında 614 mln. manat xalis mənfəət, 875,5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 9% və 13,4% artıb.
Məlumata görə, cari ilin 6 ayında banklar tərəfindən 124,1 mln. manat (5,5% az) məbləğində mənfəət vergisi ödənilib.
Bizi sosial şəbəkələrdən izləyin!!