Bank sektorunun xalis mənfəəti 21% artıb | Banco.az

Bank sektorunun xalis mənfəəti 21% artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 492,6 milyon manat xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% çoxdur.

7 ay ərzində bankların əməliyyat gəlirləri 2 milyard 131,5 milyon manat (1 il əvvələ nisbətən 27,45% çox), əməliyyat xərcləri 1 milyard 362,3 milyon manat (26,3% çox), xüsusi ehtiyatlara ayırmaları 162 milyon manat (42,4% çox), gözlənilməz xərcləri 0,4 milyon manat (1 il bundan əvvəl gəlirlər olub), mənfəət vergisi ödəmələri isə 114,1 milyon manat (58,7% çox) təşkil edib.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et