Bank sektorunun xalis mənfəəti 2 dəfədən çox artıb | Banco.az

Bank sektorunun xalis mənfəəti 2 dəfədən çox artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 58,6 milyon manat məbləğində xalis mənfəət əldə edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Yanvar ayı ərzində bankların əməliyyat gəlirləri 260,6 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 22,5 % çox), əməliyyat xərcləri 166,7 milyon manat (23,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 16,8 milyon manat (2,2 dəfə az), mənfəət vergisi ödəmələri isə 14 milyon manat (55,6 % çox) təşkil edib.

Hal-hazırda Azərbaycanda 26 bank fəaliyyət göstərir.

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et