Bank sektorunun xalis mənfəəti 190 mln. manata çatıb | Banco.az

Bank sektorunun xalis mənfəəti 190 mln. manata çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2026-cı ilin yanvar-fevral aylarında 189.7 mln. manat xalis mənfəət, 301.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 5.7%, əməliyyat mənfəəti isə 9.4% artıb.

Məlumata görə, ötən ay banklar tərəfindən 47.7 mln. manat (9.4% çox) məbləğində mənfəət vergisi ödənilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram