2017-ci il 31 dekabr tarixi üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb.
Sözügedən tarixə bank sektorunun xüsusi kapitalı 3,471 mlrd. manat, ümumi ehtiyatları isə 237.9 mln. manat olub. Beləliklə, cəmi kapital 3,709 mlrd. manat təşkil edib.
2016-cı ilin yekunu ilə müqayisədə bankların cəmi kapitalında 2 dəfəyə qədər artım qeydə alınıb. Belə ki, kapital 94% artaraq 1,909 mlrd. manatdan 3,709 mlrd. manata çatıb.