“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2017-ci ilin ilk 4 ayı üzrə Azərbaycanın bank sektorunun cəmi xalis mənfəəti 148,1 milyon manat təşkil edib.
Bu ilin ilk 3 ayının yekunları üzrə, bank sektorunun xalis mənfəəti 123.4 milyon manat təşkil etmişdi. Beləliklə, Apreldə bank sektorunun xalis mənfəəti 24,7 milyon manat artıb.