Bank sektorunun balans kapitalı 3,9 mlrd. manat olub | Banco.az

Bank sektorunun balans kapitalı 3,9 mlrd. manat olub

Bu il martın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,5 mlrd. manat, cəmi öhdəlikləri isə 24,6 mlrd. manat təşkil edib.

Palatadan banco.az-a verilən məlumata görə, sektorun balans kapitalı 3,9 mlrd. manat, əhalinin əmanətləri isə 7,7 mlrd. manat olub. 2018-ci ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1,2% (329 mln. manat), öhdəlikləri 1% (246 mln. manat), kapitalı isə 2,2% (83 mln. manat) artıb.

Ən sərfəli kredit üçün müraciət et

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,444 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,331 nəfər təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et