Azərbaycanda fəaliyyət göstərən 32 bankın 28 fevral 2017-ci il tarixinə cəmi aktivləri 30 mlrd. 419,2 mln. manat, cəmi öhdəlikləri 27 mlrd. 772,7 mln. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 646,6 mln. manatdır.
Əhalinin əmanətləri 7 mlrd. 84,3 mln. manat həcmindədir.
Qeyd edək ki, 31 yanvar 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 32 mlrd. 407,1 mln. manat, cəmi öhdəlikləri 30 mlrd. 347,5 mln. manat təşkil edib. Beləliklə, cari ilin mart ayının 1-ə bank sektorunun aktivləri 6,1%, öhdəlikləri isə 8,5% azalıb.
Ay ərzində sektorun balans kapitalı 28,5% artıb. Xatırladaq ki, fevral ayının 1-ə bu göstərici 2 mlrd. 59,6 mln. manat olub.
Mənbə: Apa.az