Bank sektorunun aktivlərində artım təxminən 10 milyon manat olub | Banco.az

Bank sektorunun aktivlərində artım təxminən 10 milyon manat olub

"Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasını nəzərə almasaq, əslində sektorda aktivlərdə artım olub. Bank sektorunun aktivlərində artım təxminən 10 milyon manat olub".

Bunu "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini Asim Zülfüqarov deyib.

Onun sözlərinə görə, ötən dövrdə valyuta məzənnəsində ciddi dəyişiklik olmayıb: "Ona görə bu artım məqbuldur. Kredit portfelində azalma trendi 2017-ci ilin sonunda müəyyən qədər dayanıb. Sektorda aktivlərin artımının dayanması likvid aktivlərin təmərküzləşməsi ilə nəticələnib. Bank sektorunda likvid aktivlərin həcmi 6,7 milyard manat təşkil edib. Bu, bank sektorunun aktivlərinin 24 faizini təşkil edir. Ani likvidlik əmsalı da 30 faizdən yüksəkdir. Nəzarət orqanı olaraq növbəti strateji çağırışımız effektivliyin təmini və maliyyə funksiyasının artırılması ilə bağlıdır. Bundan başqa, ötən dövr ərzində öhdəliklərin azaldığını görürük. Əhalinin bank sektoruna inamı artıb, bu da manatla əmanətlərinin həcminin artmasına gətirib çıxarıb. Bank sektoru dollarlaşmaya öz reaksiyasını verdi və aktivlərdə dollarlaşma azaldı. Ümumilikdə, ötən il 19 bank sektoru mənfəətlə, 11 bank isə zərərlə başa vurub".

Ən sərfəli kredit üçün müraciət et

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et