Bank sektorunun 1,8 mlrd manat vaxtı keçmiş krediti var | Banco.az

Bank sektorunun 1,8 mlrd manat vaxtı keçmiş krediti var

Mərkəzi Bankın təqdim etdiyi son statistik rəqəmlərə əsasən, (30.08.2017)  Azərbaycanda kredit təşkilatlarının vermiş olduğu cəmi kreditlərin həcmi 12  mlrd 376.6 mln manat civarındadır. Banco.az xəbər verir ki, bu kreditlərin təxminən 15%-i, 1 mlrd 824 mln manat rəsmi olaraq, vaxtı keçmiş kreditlərdir.

Həmçinin qeyd edək ki, 2017-ci ildə ümumi kredit həcminin 42%-ni milli valyuta ilə verilmiş kreditlər, 58%-ni isə xarici valyuta ilə verilmiş kreditlər təşkil edir. 

Aşağıdakı diaqramdan son illərin tendensiyasını görə bilərik. Əgər 2013, 2014-cü illərdə valyuta kreditlərinin həcmi daha az idisə, devalvasiyadan sonra eyni kreditlərin manat ekvivalenti böyümüşdür, lakin bunun ardınca son iki ildə banklar valyutada olan kreditləri azaltmağa çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

Vaxtı keçmiş kreditlərə gəldikdə isə, diaqramdan da görürük ki,  2015-ci ildə baş vermiş devalvasiya həmin ildən başlayaraq xarici valyutada olan vaxtı keçmiş kreditlərin həcmində əhəmiyyətli dərəcədə artıma səbəb olub. Milli valyutada olan vaxtı keçmiş kreditlərin həcmi isə yalnız ötən il nisbətən aşağı olub, bunu isə ümumilikdə kreditləşmənin aşağı düşməsi ilə izah etmək olar.

Lakin ümumi olaraq bunu deyə bilərik ki, 2014-cü ilin dekabrından bəri cəmi vaxtı keçmiş kreditlərin həcmi 87% artıb, milli valyutada olan vaxtı keçmiş kreditlər  21% artdığı halda, xarici valyutada olan vaxtı keçmiş kreditlərn həcmi 4,3 dəfə (330%) artıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et