"Bank sektorundakı problemlər ABŞ-ı tənəzzülə yaxınlaşdırır" | Banco.az

"Bank sektorundakı problemlər ABŞ-ı tənəzzülə yaxınlaşdırır"

Müəllif: Tamara Mustafayeva, Banco.az

Minneapolis FED sədri Nil Kaşkari bank sistemindəki vəziyyətin ABŞ iqtisadiyyatını tənəzzülə yaxınlaşdıracağını deyib.

Banco.az xəbər verir ki, Minnesota ştatının Minneapolis şəhərində fəaliyyət göstərən  FED-in sədri Nil Kaşkari verdiyi müsahibədə Silikon Vadisi Bankı (SVB)  və “Signature Bank”ın uğursuzluqları ilə nəticələnən bank sistemindəki son gərginliklərin aradan qaldırılmasının vaxt aparacağını dilə gətirib.

O həmçinin əlavə edib ki, bu vəziyyət ABŞ iqtisadiyyatını tənəzzülə yaxınlaşdıracaq.

“Bilirik ki, uzunmüddətli xəzinə veksellərinə məruz qalan və öz qeyd dəftərlərində müddətli risk daşıyan başqa banklar da var. Onu da bilirik ki, bank sektorunda çoxlu kommersiya daşınmaz əmlakı var və bu səbəbdən də, yəqin ki, bank sektorunda da müəyyən itkilər meydana gələcək. Odur ki, bu prosesin tamamilə aydınlaşması üçün vaxt lazımdır.”

Ən sərfəli kredit üçün müraciət et

Sədr həmçinin ölkənin bank sisteminin bu təzyiqlərə tab gətirəcək qədər çox kapitala malik olduğuna diqqət çəkib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et