Bank sektorundakı böhran qızılın qiymətinə təsirini davam etdirir | Banco.az

Bank sektorundakı böhran qızılın qiymətinə təsirini davam etdirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızıl bankçılıq böhranı ilə bağlı narahatlıqlar fonunda bahalaşmaqda davam edir.

Banco.az xəbər verir ki, qızıl ABŞ-da başlayan bank böhranının ABŞ və Avropadakı digər banklara da sirayət edə biləcəyi narahatlıqları ilə bahalaşsa da, açıqlanan xilasetmə paketləri bazarlarda bir qədər rahatlıq yaradıb.

Bununla belə, qızıl ABŞ və Avropadakı bank böhranları səbəbiylə təhlükəsiz aktivlərə tələbin artmasına görə ardıcıl üçüncü həftəni də yüksəlişlə bağlamağa hazırlaşır.

Spot bazarda qızılın bir unsiyası 1930 dollara satılır.

Qeyd edək ki, ABŞ-ın Silikon Vadisi Bankının (SVB) iflası və regional banklar və “Credit Suisse Group”un problemləri ilə bağlı narahatlıqlar fonunda spot qızıl bu həftə 3% bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et