Bank sektorunda xalis mənfəət 12 dəfədən çox artıb | Banco.az

Bank sektorunda xalis mənfəət 12 dəfədən çox artıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı məlumata görə, 2019-cu ilin 7 ayı ərzində bankların əməliyyat mənfəəti 472.4 milyon manat, xalis mənfəəti isə 406.2 milyon manat təşkil edib.

Ötən ilin eyni dövründə bankların əməliyyat mənfəəti  367.2 milyon manat, xalis mənfəəti 32.3 milyon manat təşkil etmişdi. 

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların faiz gəlirləri 10.7% artaraq 1 milyard 94.6 milyon manat, o cümlədən, kreditlər üzrə faiz gəlirləri isə 14.2% artaraq 783.5 milyon manat təşkil edib. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç