Bank sektoru stresslərə necə davamlı olsun? | Banco.az

Bank sektoru stresslərə necə davamlı olsun?

Bildiyiniz kimi, Azərbaycan Mərkəzi Bankı bütün banklara onun təqdim etdiyi ssenariləri də nəzərə almaqla 2015-ci ilin 31 avqustunadək stress testlər hazırlayıb təqdim etmək tapşırığı vermişdir.

Bu işdə banklara dəstək olmaq üçün 07-08 avqust (saat 10:00-17:00) tarixlərində “Stress testləşmə və onun praktiki tətbiqi” mövzusunda Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən təlim təşkil olunacaq.Təlim zamanı, AMB-nin təqdim etdiyi senarilər əsas götürülməklə, real bir bankın misalında stress testlər hazırlanacaq və dinləyicilər onun praktiki tətbiqi üzrə əhəmiyyətli praktiki vərdişlər əldə edəcəklər. 

Kursa yazılmaq üçün bu linkdən istifadə edin

Qısa məzmunu

Müddət

12 saat

Kimlər üçün nəzərdə tutulub

  • Kredit təşkilatlarının risk menecerləri
  • Kredit təşkilatının kredit, xəzinədarlıq üzrə menecerləri
  • Daxili auditorlar

Modullar

Təqdimat

Modul 1. Stres testləşmənin mahiyyəti

  • Stres testləşmənin mahiyyəti, Bazel prinsipləri
  • Beynəlxalq təcrübədə stress testlər
  • Mərkəzi Bankın stress testlərə baxışı, normativ aktlar və tələblər

Modul 2. Stress testin növləri

  • Makro səviyyəli stress test
  • Mikro səviyyəli stress test
  • Portfel və digər həssaslıq təhlilləri

Modul 3. Stres testləşmənin təşkili və metodlar

  • Hazırda banklarda istifadə edilən stres testlərinə baxış
  • Ssenari təhlili metodu
  • Həssaslıq stress testi

Modul 4. Stress testin praktiki tətbiqi yolları

  • Tək dəyişənli və çox dəyişənli stres test modellərinin qurulması (praktiki məşğələ)
  • Həssaslıq stress testinin qurulması (praktiki məşğələ)
  • Hipotetik bankın stress test nəticələrini əks etdirən göstəricilər

Əldə ediləcək nəticələr

Kursun sonunda dinləyicilər biləcəklər:

§  Stres testləşmənin mahiyyəti və stress testləşmə üzrə beynəlxalq və yerli normaları,

§  Stres testləşmə aparılması üçün lazım olan infrastrukturu, məsul şəxslərin səlahiyyət və vəzifələrini,

§  Stres testləşmənin metodlarını, xüsusiyyətlərini və risk növü üzrə metodun seçilməsi meyarlarını,

§  Makro-mikro, eyni risk növünə müxtəlif metodların tətbiqi yollarını,

§  Tək dəyişənli və çox dəyişənli stres test modellərinin qurulmasını

§  Stres test sonrasında bankın maliyyə nəticələrinin təhlili və risk profilinin müəyyən edilməsi

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et