Bank sektoru risklərə qarşı maliyyə immunitetini gücləndirmişdir | Banco.az

Bank sektoru risklərə qarşı maliyyə immunitetini gücləndirmişdir

2014-cü ildə Azərbaycan bank sektorunun sabitliyi və dayanıqlığı təmin olunmuş, sektor aktiv olaraq iqtisadi artım və şaxələnmə proseslərini dəstəkləmişdir. Azərbaycan maliyyə sisteminin 90 faizini təşkil edən bank sektoru risklərə qarşı maliyyə immunitetini daha da gücləndirmişdir, bankların kapitalizasiyası davam etdirilmişdir. 2012-ci ildə bankların minimum kapitalının artırılması və onların əlavə kapitallaşması haqqında qərarın qəbulundan sonra onların məcmu kapitalı təxminən 2 dəfə artmışdır. Qlobal maliyyə turbilentliyi şəraitində yüksək kapitallaşma bu gün bank sektorunun maliyyə sabitliyinin əsas dayağıdır.

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bu barədə deyən Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, hazırda kapital adekvatlığı 8 faizlik beynəlxalq normaya qarşı 19 faiz təşkil edir. Bank sektorunun aktivlərinin 99 faizinə malik banklar minimum kapital tələblərini yerinə yetirmişdir. Ona yaxın bankın isə kapitalı artıq bu gün 100 milyon manatdan yuxarıdır. Bank sektorunun artım templəri iqtisadi artımı əhəmiyyətli surətdə qabaqlayır. Bank aktivlərinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti son 10 ildə 2,4 dəfə artaraq, - beynəlxalq praktikada belə bir göstərici var, - iqtisadiyyatın maliyyə dərinliyi təxminən 78 faizə çatmışdır. Bu, bütövlükdə, orta yaxşı göstərici hesab olunur.

Ən sərfəli kredit üçün müraciət et

azertag.az

Ən sərfəli krediti almaq üçün müraciət et