Bank sistemi pandemiya şəraitindən keçib. Buna baxmayaraq kredit portfelinin keyfiyyəti gözləntilərimizdən daha yaxşıdır.
Bunu Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev mətbuat konfransında deyib.
"Biz kredit portfelinin keyfiyyətində pisləşmə müşahidə etmirik. De-dollarlaşma prosesləri gedir. Bu həm kredit, həm də depozit portfeli üzrə müşahidə olunur. Kredit riskləri ilə əlaqədar məsələlərlə bağlı Mərkəzi Bank məlumatlıdır. Təbii ki, buna cavab strategiyası üzərində işlənilir. Bununla əlaqədər tələblərimiz yenilənəcək və ictimaiyyətin və bank sektorunun diqqətinə təqdim olunacaq", - T.Əliyev bildirib.
trend
Bizi sosial şəbəkələrdən izləyin!!