Bank sektoru bu ölkələrin təcrübəsindən istifadə edəcək | Banco.az

Bank sektoru bu ölkələrin təcrübəsindən istifadə edəcək

Azərbaycanda “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb, bu sahədə uğurlu olmuş Kanada, Avstraliya, Yeni Zelandiya kimi ölkələrin təcrübəsi nəzərə alınıb.

Bunu Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasını (IFC) təşkilatçılığı ilə "Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar" mövzusunda keçirilən konfransda Maliyyə Bazarlarına Nəzarət Palatası (MNBP) Hüquq və icraat Departamentinin əməkdaşı Tural Feyzullayev deyib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, bu məsələdə söhbət daşınar əmlakdan getsə də, rəsmi qaydada qeydiyyatı olan maşınlar, kənd təsərrüfatı texnikası, qiymətli kağızlar təşkil olunacaq reyestrin predmeti olmayacaq: “Bunlar müxtəlif əşyalar ola bilər ki, reyestrə daxil ediləcək. Həmin reyestrin isə onlayn rejimdə, 7 gün, 24 saat ərzində nəzərdə tutulub”.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et