2017-ci il 31 dekabr tarixi üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb.
Yekun göstəricilərdən məlum olur ki, bank sektorunun əməliyyat mənfəəti 908,2 mln. manat olub ki, onun da 26,5 mln. manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb.
Mənfəətdən 938,8 mln. manat vergi ödəyən bankların, 2017-ci ilin sonunda cəmi xalis mənfəəti 883,6 mln. manat təşkil edib. Qeyd edək ki, bank sektoru 2016-cı ili 1,668 mlrd. manat xalis zərərlə başa vurmuşdu.