Bank səhmləri səhvən dörd aylıq körpəyə satıldı | Banco.az

Bank səhmləri səhvən dörd aylıq körpəyə satıldı

İspaniya bankı təsadüfən səhmlərini dörd aylıq körpəyə satıb.

İspaniyanın “Novagalicia Bank”ının nümayəndələri qəribə fırıldağa əl ataraq 4800 avroluq səhmlərin satışını dörd aylıq uşağın adına rəsmiləşdiriblər.

Körpənin valideynlərinin bundan xəbəri olmayıb və onlar qəflətən məhkəməyə çağırılanda çox təəccübləniblər.

Ölkənin “Metro” qəzetinin yazdığına görə, bank rəhbərliyi bunun səhv olduğunu bildirsə də, polis ona inanmır. “Novagalicia Bank” bankının əməkdaşları nəinki körpənin adına xeyli məbləğ köçürüblər, həm də bütün lazımi sənədləri rəsmiləşdiriblər.

Maraqlı orasındadır ki, sənədlərdə uşağın valideynlərinin adları göstərilir, lakin məbləğ nədənsə onların bu il doğulmuş körpəsinin adına qeydə alınıb. Polis bank rəhbərliyini fırıldaqçılıqda şübhəli bilir.

Bununla belə, məhkəmə qərara almışdır ki, təhqiqatın aparıldığı müddətdə bank yanlış tranzaksiyanı ləğv etsin və bütün məhkəmə xərclərini ödəsin. Bu xərclər “saxta” köçürmə məbləği ilə əlaqədardır.

Ən sərfəli kredit üçün müraciət et

Gun.az

Ən sərfəli krediti almaq üçün müraciət et