Bank sahəsində iş təcrübəsi olanlar üçün AGBank-dan iş imkanı! | Banco.az

Bank sahəsində iş təcrübəsi olanlar üçün AGBank-dan iş imkanı!

AGBank “Kredit Risklərinin gündəlik idarəedilməsi üzrə mütəxəssis” vəzifəsinə işçi qəbulu elan edir. Banco.az portalı olaraq, tələblər və vəzifə öhdəlikləri barədə məlumatları vakansiya üzrə müraciət etmək istəyən şəxslərin diqqətinə çatdırırıq:

Tələblər:

• Ali təhsil
• Bank sahəsində (Risklərin idarəedilməsi və kreditlər üzrə) minimum 1 il iş təcrübəsi
• Sərbəst Azərbaycan dili bilikləri
• Sərbəst Rus dili bilikləri
• İngilis dili bilikləri arzu olunandır
• MS Office proqramlarından istifadə bacarığı
• Analitik düşüncə tərzi
• Problemi həll etmə bacarığı
• Hesabatları qurma bacarığı

Vəzifə Öhdəlikləri:

Ən sərfəli kredit üçün müraciət et

• Bankın filialları tərəfindən verilən kreditlərin təhlili və risklərin azaldılmasına yönəldilmiş tövsiyyələrin verilməsi
• Bankın prosedur qaydaları və AMB-nin normativ aktlarının tələblərinə uyğun işin qurulmasına nəzarət
• Filiallar üzrə kredit portfelinin fəaliyyətinə gündəlik nəzarətin həyata keçirilməsi
• Bankın kredit prosedurlarının və digər qaydalarının hazırlanmasında iştirak
• Kredit alətlərinin və məhsullarının hazırlanmasında iştirak

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini [email protected] (Zaur Izmaylov) elektron ünvanına göndərə bilərlər.

Namizədlərdən email-in mövzu hissəsində vəzifənin adını (“Kredit Risklərinin gündəlik idarəedilməsi üzrə mütəxəssis”) qeyd etmələri xahiş olunur.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et