"Bank Respublika"nın sahibləri açıqlanıb | Banco.az

"Bank Respublika"nın sahibləri açıqlanıb

"Bank Respublika" ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib. 

Dəyişiklik Bankın nizamnamə kapitalının 20 mln. manat və yaxud 53,4% artırılaraq 57,461 mln. manata çatdırılmasından sonra baş verib.

Belə ki, "Bank Respublika"nın kapital artımı üçün dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 2,45 manat olan 8 163 280 ədəd yeni səhmin hamısını Bankın əsas sahibi, yaxın günlərə qədər Müşahidə Şurasının (MŞ) sədri olmuş, hazırda isə MŞ-nın üzvü olan Natiq Saday oğlu Quliyev əldə edib. Son nəticədə onun "Bank Respublika"dakı payı 16,6651%-dən 45,6709%-ə yüksəlib.

Əvəzində, digər səhmdarların Bankdakı payı azalıb. Belə ki, Almaniyanın "DEG" investisiya şirkətinin payı 16,6667%-dən 10,8656%-ə, "Sparkassen International Development Trust" şirkətinin payı 8,3333%-dən 5,4328%-ə, Elçin Saday oğlu Quliyevin (MŞ-nın üzvü) payı 15,1753%-dən 9,8933%-ə, Sevda Saday qızı Quliyevanın payı 14,5271%-dən 9,4708%-ə, Saday Əsəd oğlu Quliyevin payı 14,3627%-dən 9,3635%-ə, Mariya Heydər qızı Quliyevanın payı 14,0668%-dən 9,1707%-ə, digər 3 hüquqi və 9 fiziki şəxsin payı isə 0,2030%-dən 0,1323%-ə düşüb. 

Başqa sözlə, Quliyevlər ailəsi "Bank Respublika"dakı payını 74,8%-dən 83,57%-ə çatdırıb, Almaniya şirkətlərinin isə payı isə kapital artımında iştirak etmədikləri üçün avtomatik olaraq 25%-dən 16,3%-ə enib.

Xatırladaq ki, "Bank Respublika" ASC 1992-ci ildə yaradılıb.

 

"Bank Respublika"nın səhmdarlarının pay bölgüsü
Səhmdarlar
  1. Əvvəl
  1. İndi
Səhm sayı Faiz nisbəti Səhm sayı Faiz nisbəti
"DEG" investisiya şirkəti (Almaniya) 2 548 372 16,6667% 2 548 372 10,8656%
"Sparkassen International Development Trust" şirkəti (Almaniya) 1 274 179 8,3333% 1 274 179 5,4328%
Natiq Saday oğlu Quliyev 2 548 130 16,6651% 10 711 410 45,6709%
Elçin Saday oğlu Quliyev 2 320 331 15,1753% 2 320 331 9,8933%
Sevda Saday qızı Quliyeva 2 221 229 14,5271% 2 221 229 9,4708%
Saday Əsəd oğlu Quliyev 2 196 078 14,3627% 2 196 078 9,3635%
Mariya Heydər qızı Quliyeva 2 150 841 14,0668% 2 150 841 9,1707%
Digər 3 hüquqi və 9 fiziki şəxs 31 038 0,2030% 31 038 0,1323%
Cəmi 15 290 198 100,0000% 23 453 478 100,0000%
Nizamnamə kapitalı 37 460 985,1 manat 57 461 021,1 manat

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az 

Ən sərfəli krediti almaq üçün müraciət et