"Bank Respublika"nın nizamnamə kapitalı artırılıb | Banco.az

"Bank Respublika"nın nizamnamə kapitalı artırılıb

"Bank Respublika" ASC nizamnamə kapitalını 20 mln. manat artırıb, bu barədə bankın açıqlamasında bildirilir. 

Məlumatda qeyd olunur ki, iyulun 15-də “Bank Respublika”nın baş ofisində keçirilmiş səhmdarların ümumi yığıncağında bankın nizamnamə kapitalın 20 mln manat artırılmasına dair qərar qəbul olunub və bu qərar əsasında sentyabrın 15-də səhmlərin alınması məqsədi ilə bankın mövcud səhmdarlaı tərəfindən Milli Depozit Mərkəzinə 20 mln. manat köçürülüb. Bu artım nizamnamə kapitalının 53%-ni təşkil edib və kapital 57.5 mln. manata çatdırılıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bankın açıqlamasında deyilir ki, kapitalın artımı bankın inkişaf strategiyasına uyğun olaraq həyata keçirilib, bankın dayanıqlı inkişafını təmin edəcək, əməliyyat və kreditləşdirmə imkanlarını genişləndirəcək. 

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun səhmdarları Almaniyanın DEG investisiya şirkəti, "Sparkassen International Development Trust" şirkəti, eləcə də yerli 14 fiziki və 3 hüquqi şəxsdir.

Mənbə : Report.az