Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin ən böyük banklarından biri olan "Bank Respublika" 2023-cü ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə "Bank Respublika"nın xalis mənfəəti 34,5% artaraq 25,67 milyon manata çatıb.
Ötən ilin eyni dövründə bu göstərici 19,1 milyon manata bərabər olub.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bankın aktivləri isə 20% artaraq 1,86 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
9 ayın yekunlarına görə ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın depozit portfeli 27,02% artaraq 1,2 milyard manata çatıb. "Bank Respublika"nın kredit portfeli isə 1 milyard 90 milyon 730 min manata yüksəlib ki, bu da illik müqayisədə 19,2% artım deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!